Saytımızı qiymətləndirin


 
 

Avroparlament Ukrayna, Moldova və Gürcüstanla bağlı qətnamə qəbul edəcək
Tarix: 13-12-2023 | Saat: 14:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Avroparlament Ukrayna, Moldova və Gürcüstanla bağlı qətnamə qəbul edəcək

Avropa Parlamenti bu gün Aİ Şurasını tövsiyələri, o cümlədən Gürcüstana namizəd statusunun verilməsini nəzərə almağa çağıran qətnamə layihəsinə səs verəcək.

 

Qarabaqinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qətnamə layihəsində Qərbi Balkanlar, Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə qoşulmasının regional sabitlik və təhlükəsizlik baxımından geosiyasi əhəmiyyəti vurğulanır.

 

Bundan əlavə, qətnamə layihəsində Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı bəyanatları qəti şəkildə pislənir.

 

“14/15 dekabr tarixlərində Avropa Komissiyasının tövsiyələrini dəstəkləməyə və Ukrayna və Moldova Respublikası ilə üzvlük, Bosniya və Herseqovina ilə üzvlük danışıqlarının başlanması və Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul etməyə çağırırıq. Bu istiqamətdə addımlar atılmalıdır”, - deyə qeyd olunub.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər