Saytımızı qiymətləndirin


 
 

Lənkəran bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayır
Tarix: 11-12-2023 | Saat: 14:43
Bölmə:Karusel / Kriminal | çapa göndər

Lənkəran bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayır

Lənkəran bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib.

Lənkəran rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aprelin 19-da Lənkəran bələdiyyəsinin sabiq sədri Aygün Mirzəyevanın qanunsuz hərəkətləri ilə barədə mediada yayılmış məlumatlar əsasında rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Aygün Mirzəyevanın qeyd olunan vəzifədə işlədiyi müddətdə xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aygün Mirzəyevaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər