Saytımızı qiymətləndirin


 
 

Zaqatala xəstəxanasında qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Tarix: 08-12-2023 | Saat: 17:53
Bölmə:Karusel / Kriminal | çapa göndər

Zaqatala xəstəxanasında qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Zaqatala rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən 01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər