Tarix: 08-12-2023 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm | çapa göndər
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlər dekabrın 10-dan başlayaraq lazımi sənədləri təqdim etməlidir.
O qeyd edib ki, sənədlərin qəbulu yanvarın 8-dək davam edəcək. Arifə Muxtarovanın sözlərinə görə, təbliğat-təşviqat işləri 6 fevral 18:00-a kimi davam edəcək.
Müşahidəçi kimi iştirak etmək üçün vətəndaşlar yanvarın 28-nə kimi MSK-ya müraciət etməlidir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Digər xəbərlər