Ana Sayfa > Karusel / Gündəm > Seçkilərin vaxtı təsdiqləndi: Namizədlər bu tarixlərdə sənədləri təqdim etməlidir

Seçkilərin vaxtı təsdiqləndi: Namizədlər bu tarixlərdə sənədləri təqdim etməlidir


8-12-2023, 16:54. Yazar: Admin

Seçkilərin vaxtı təsdiqləndi: Namizədlər bu tarixlərdə sənədləri təqdim etməlidir

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib.

 

Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlər dekabrın 10-dan başlayaraq lazımi sənədləri təqdim etməlidir.

 

O qeyd edib ki, sənədlərin qəbulu yanvarın 8-dək davam edəcək. Arifə Muxtarovanın sözlərinə görə, təbliğat-təşviqat işləri 6 fevral 18:00-a kimi davam edəcək.

Müşahidəçi kimi iştirak etmək üçün vətəndaşlar yanvarın 28-nə kimi MSK-ya müraciət etməlidir.

 

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Geri dön