Saytımızı qiymətləndirin


 
 

XİN başçıları Brüsselə gedirlər - Borellə görüşəcəklər
Tarix: 07-12-2023 | Saat: 16:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

XİN başçıları Brüsselə gedirlər - Borellə görüşəcəklər

 

Dekabrın 11-də saat 18:00-da Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə 2009-cu ildə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcək. 

Qarabaginfo.az xarici KİV-ə istyinadən xəbər verir ki, tədbirdə “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən 6 dövlətdən 5-nin -  Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanın xarici işlər nazirliklərinin rəhbərləri iştirak edəcək. Sanksiya altında olan Belarus tədbirə dəvət almayıb. 

Konfransa Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell sədrlik edəcək. İclasda Avropa İttifaqının komissarı Oliver Varheli də iştirak edəcək.

Nazirlər “Şərq Tərəfdaşlığı” proqramlarının icrası ilə bağlı fikir mübadiləsi aparmalı, görülən işləri və 2024-cü il üçün prioritetləri müzakirə etməlidirlər.
 

“Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun nümayəndələri də nazirlərə mesajlarla müraciət edəcəklər.


"Şərq Tərəfdaşlığı" - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorus və Ukrayna.

"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər