Tarix: 06-12-2023 | Saat: 12:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında yaşayan 40-a yaxın uşaq qızılcaya yoluxub.
Bu barədə Qarabaqinfo.az-a Birliyin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
O deyib ki, yoluxanlardan 15-i artıq sağalıb, digərləri müalicə üçün xəstəxanaya yerləşdirilib.
"Uşaqlardan 40-a yaxını virusa yoluxub. Onlardan 15-ə yaxını artıq sağalıb. Uşaqlarımız hazırda 1 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunur. Yoluxan uşaqlar qızılcaya görə peyvənd olunmayıb. Baxımsız şəraitdən gəldiklərinə görə peyvəndlərlər bağlı məlumatımız olmur. Çünki sığınacaqda olan uşaqların əksəriyyəti sənədsizdir", - Rüfət Zəkizadə bildirib.
Məlumata görə, yoluxanlardan 1 uşağın vəziyyəti ağırdır və həkimlər onu sağaltmaq üçün əllərindən gələni edirlər.
Digər xəbərlər