Ana Sayfa > Karusel / Gündəm > Sığınacaqda 40-a yaxın uşaq qızılcaya YOLUXDU

Sığınacaqda 40-a yaxın uşaq qızılcaya YOLUXDU


6-12-2023, 12:24. Yazar: Admin

 

Sığınacaqda 40-a yaxın uşaq qızılcaya YOLUXDU

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında yaşayan 40-a yaxın uşaq qızılcaya yoluxub.

 

Bu barədə Qarabaqinfo.az-a Birliyin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.

 

O deyib ki, yoluxanlardan 15-i artıq sağalıb, digərləri müalicə üçün xəstəxanaya yerləşdirilib.

 

"Uşaqlardan 40-a yaxını virusa yoluxub. Onlardan 15-ə yaxını artıq sağalıb. Uşaqlarımız hazırda 1 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunur. Yoluxan uşaqlar qızılcaya görə peyvənd olunmayıb. Baxımsız şəraitdən gəldiklərinə görə peyvəndlərlər bağlı məlumatımız olmur. Çünki sığınacaqda olan uşaqların əksəriyyəti sənədsizdir", - Rüfət Zəkizadə bildirib.

 

Məlumata görə, yoluxanlardan 1 uşağın vəziyyəti ağırdır və həkimlər onu sağaltmaq üçün əllərindən gələni edirlər.

 

Geri dön