İran prezidenti İbrahim Rəisi sabah Moskvaya gedəcək və orada Rusiya lideri Vladimir Putinlə ikitərəfli danışıqlar aparacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Rəisi Moskvada Rusiya və İran arasında ikitərəfli məsələlər, o cümlədən iqtisadi qarşılıqlı fəaliyyət üzrə məsləhətləşmələr aparacaq, həmçinin bir sıra regional və beynəlxalq məsələləri, xüsusilə Fələstindəki vəziyyəti müzakirə edəcək.