Tarix: 05-12-2023 | Saat: 16:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadənin köməkçisi olmuş Vahid İsayevin bəraət alması ilə bağlı qərardan verilən kassasiya protestinə baxılıb.
Qarabaginfo.az xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərarə əsasən, prokurorun protesti təmin edilməyib və qərar qüvvədə saxlanıb.
Qeyd edək ki, Vahid İsayev ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə rüşvət verməyə təhrik etməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib. Sonradan Şəki Apellyasiya Məhkəməsi ona bəraət verib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
V.İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürov da bir müddət əvvəl eyni məhkəmənin qərarı ilə bəraət alıb.
Vahid İsayev 15 il ərzində Göyçayda 5 icra başçısının, o cümlədən Mehdi Səlimzadənin köməkçisi vəzifəsində çalışıb.
Digər xəbərlər