Saytımızı qiymətləndirin


 
 

“Prezident Heydər Əliyev” tankeri təmir olunub
Tarix: 04-12-2023 | Saat: 14:33
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

“Prezident Heydər Əliyev” tankeri təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunub.

ASCO-dan Qarabaginfo.az-a verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip 1 ədəd “İnmarsat-C Sailor 6110 SSAS/LRİT” peyk rabitə terminalı,1 ədəd sürət ölçən LAQ quraşdırılıb, komanda-yayım qurğusu əsaslı təmir olunub.

Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçiriblər.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.



Xəbəri paylaş

77 dəfə oxunub.

Digər xəbərlər