Tarix: 30-11-2023 | Saat: 13:58
Bölmə:Karusel / Sosial | çapa göndər
Şimali Makedoniyanın paytaxtında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası başlayıb.
Qarabaginfo.az xəbər verir ki, tədbir Skopyedəki Boris Traykovski idman mərkəzində keçirilir və üç plenar iclası əhatə edir.
Şimali Makedoniyanın paytaxtına səfər, Belarus və Türkiyəyə səfərlərini nəzərə almasaq, Lavrovun Ukraynada genişmiqyaslı münaqişə başlayandan bəri Avropaya ilk səfəridir. Onun ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı Ukrayna, Polşa, Estoniya, Litva və Latviya xarici işlər nazirlərinin tədbiri boykot etməsinə səbəb olub.
Qeyd edək ki, 30 noyabr - 1 dekabr tarixlərində 57 ölkənin daxil olduğu ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İştirakçıların davam edən Ukrayna münaqişəsi fonunda qitədə təhlükəsizlik məsələlərini, həmçinin təşkilatın növbəti sədri məsələsini müzakirə edəcəyi gözlənilir.
Digər xəbərlər