Saytımızı qiymətləndirin


 
 

Dekabrın ilk gününün havası - 17 dərəcə isti olacaq
Tarix: 30-11-2023 | Saat: 13:50
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Dekabrın ilk gününün havası - 17 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 9-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursu keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında az çiskin olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlrda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər