Saytımızı qiymətləndirin


 
 

Xankəndi stadionunda keçiriləcək matçın adı MƏLUM OLDU
Tarix: 28-11-2023 | Saat: 17:21
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xankəndi stadionunda keçiriləcək matçın adı MƏLUM OLDU

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin bəzi oyunları keçirilib.
 

Qarabaqinfo.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Beləliklə MOİK 1/8 finalda “Qarabağ”a rəqib olub.
 

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – MOİK oyunu Xankəndi şəhər stadionunda keçiriləcək.
 

Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir.

Komandalar matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli Beynəlxalq Hava Limanına uçacaq. Futbolçular sonra Şuşaya gedəcəklər.

Matç günü isə komandalar Xankəndi Şəhər Stadionuna yollanacaq.

Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – MOİK oyunu dekabrın 21-də Xankəndi şəhər stadionunda keçiriləcək.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər