Saytımızı qiymətləndirin


 
 

Nazir Təranə Yusifovaya vəzifə verdi
Tarix: 23-11-2023 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Nazir Təranə Yusifovaya vəzifə verdi

Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin olunub.

 

Mədəniyyət Nazirliyindən Qarabaqinfo.az-a verilən xəbərə görə, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, Təranə Yusifova 1968-ci il 5 dekabr tarixində Sumqayıt şəhərində anadan olub. 1984–1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988–1993-cü illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb.

 

1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib. 2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər