Saytımızı qiymətləndirin


 
 

Trampla sülh təklifini müzakirəyə hazıram - Zelenski
Tarix: 22-11-2023 | Saat: 10:50
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Trampla sülh təklifini müzakirəyə hazıram - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün təklif etdiyi planı müzakirə etməyə hazır olduğunu bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, Zelenski "Fox News" kanalına müsahibəsində bu haqda danışıb.

 

Eyni zamanda o, hesab edir ki, ukraynalılar ABŞ eks-prezidentinin bütün təklifləri ilə razılaşmayacaqlar.

 

"Gəlin onunla danışaq və ona sülh formulunda hansı addımların olduğunu göstərməyə imkan verək", - deyə Ukrayna prezidenti bildirib.

 

ABŞ-ın keçmiş prezidenti ilə görüşməyə və onun təkliflərini müzakirə etməyə hazır olub-olmadığını soruşduqda, cənab Zelenski belə cavab verib: “Mən hazıram. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər”.

 

Zelenski “Donbas və Krım Rusiyaya verilsə” döyüşlərin dayandırıla biləcəyi fikri ilə razılaşıb. Ukrayna prezidenti vurğulayıb ki, onun fikrincə, ölkəsi belə bir sülh planına razı olmayacaq.

 

Donald Tramp demişdi ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər. O, həmçinin Avropa müttəfiqlərini Ukraynaya daha çox pul xərcləməyə razı sala biləcəyini təkid edib. Zelenski şəxsi görüşdə Rusiya ilə münaqişəni 24 saat ərzində bitirməyin mümkünsüzlüyünü izah etmək üçün Trampı Ukraynaya gəlməyə dəvət edib. ABŞ-ın keçmiş prezidenti bundan imtina edib.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər