Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev: “Ermənistanla münasibətlər normallaşacaq“
Tarix: 24-02-2022 | Saat: 13:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlham Əliyev: “Ermənistanla münasibətlər normallaşacaq“

 

Azərbaycan Prezidenti İlham Əliyev TASS Redaktorlar Klubunda Rusiya KİV rəhbərləri ilə keçirilən dünənki görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşacağına inandığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Prezidenti bu məsələdn danışarkən deyib:

"Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi başa çatdığından Ermənistanla münasibətlər normallaşacaq. Hər halda, biz Ermənistanla sülh müqaviləsi bağlamaq istəyimizi rəsmən bəyan etmişik. Yəqin ki, bu, müəyyən mərhələdə baş verəcək, lakin indiki geosiyasi reallıqlarda biz realist olmalıyıq, mümkün olmayanı arzulamamalıyıq, əksinə, Qafqazda davamlı sülhün bərqərar olmasına doğru irəliləməliyik”.

İlham Əliyev bildirib ki, Bakı və İrəvan 1988-ci ilin fevralından, Azərbaycan SSR-dən ayrıldığını elan edəndən bəri Qarabağın mülkiyyəti ilə bağlı mübahisə edir: 

"27 sentyabr 2020-ci il tarixində bölgədə vəziyyət gərginləşdi, aktiv döyüşlər başladı.

2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti kimi mən və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzaladıq. Sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb, bir sıra rayonlar Bakının nəzarətinə keçib, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub. Orada yeni birgə bəyanat imzalanıb, bu sənəd digər məsələlərlə yanaşı, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutur. Eyni zamanda, bu və digər vəzifələrin həlli üçün baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

2021-ci il noyabrın 26-da liderlər bu dəfə Soçidə yenidən görüşdülər. Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün müvaqid addımlar atmaq barədə razılığa gədik, həmçinin sərhədlərin demarkasiyası ilə delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılmasının zəruriliyini şərtləndirdik. Rusiya bu məsələdə tərəflərə məsləhətçi yardım göstərəcək”,- Prezident qeyd edib.



Xəbəri paylaş

297 dəfə oxunub.

Digər xəbərlər