Doğuşdan sonra ölən ananın yaxınları prokurorluğa ŞİKAYƏT ETDİLƏR
Tarix: 19-09-2017 | Saat: 19:25
Bölmə:Problem | çapa göndər

İmişli sakini olan qadının Sabirabaddakı Perinatal Mərkəzdə doğuşdan sonra ölümü faktı prokurorluq tərəfindən araşdırılır.
Qarabağinfo.az-ın apa-ya istinadən məlumatına görə, İmişli rayonunun Qaraqaşlı kənd sakini, 1985-ci il təvəllüdlü Nuranə Usubəli qızı Əzizova sentyabrın 10-da Sabirabad Perinatal Mərkəzində səhər saatlarında oğlan uşağı dünyaya gətirib. Qadın elə həmin gün gecə qəflətən dünyasını dəyişib.
Mərhumun əmisi Əfqan Yusifov bildirib ki, qardaşı qızı doğuşdan sonra palataya köçürülüb və vəziyyətinin normal olması barədə valideynlərinə məlumat verilib. Həmin gün valideynləri onu evə aparmaq istəsə də, həkimlər qadının bir gün nəzarətdə qalacağını bildiriblər. Lakin axşam saatlarında xəstəxananın növbətçi həkimi qadının halının pisləşdiyi barədə məlumat verib, bir qədər sonra isə N. Əizizovanın vəfat etdiyi məlum olub.
Onun dünyaya gətirdiyi körpənin vəziyyətinin normal olduğu bildirilir. Ananın ölümü ilə əlaqədar yaxınları tərəfindən Baş Prokurorluğa müraciət olunub. Hazırda Sabirabad rayon prokurorluğunda şikayət ərizəsi ilə əlaqədar araşdırma aparılır.
Məlumata görə, şikayət əsasında qadının meyiti ekspert tərəfindən müayinə olunub və müayinənin nəticəsi, ölüm səbəbləri yaxın günlərdə məlum olacaq.
Ananın ölümü ilə əlaqədar Səhiyyə Nazirliyinə də müraciət edilib.
Sabirabad Perinatal Mərkəzindən bildirilib ki, ölümün səbəbi məlum deyil, hazırda bununla bağlı araşdırma aparılır.
793 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
2-04-2022, 20:47
Göyçayda 11 600 abonent iki gündür susuz qalıb
23-08-2022, 17:34
Ermənilərlə azərbaycanlılar nə vaxt barışacaq?
31-10-2022, 17:05
Prezident İlham Əliyev Əlcəzair dövlət başçısını təbrik edib
18-06-2026, 12:14
Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə hazır deyil
24-02-2026, 13:10
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
30-05-2023, 12:39
Vahid Ələkbərovun oğlu yenə liderdir
13-09-2022, 10:50
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu telefonla danışdı
15-04-2021, 10:27
İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

" style="width: 670px; height: 340px;">