ABŞ və Böyük Britaniya Ukrayna enerji şəbəkəsinin Rusiyanın hücumlarından müdafiəsini gücləndirmək üçün Kiyevlə işləyir.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink bildirib.
“Rusiyanın hücumları fonunda işıqların, isitmə və enerjinin davamlı olmasına kömək etmək üçün işləyirik”, – səfir deyib.
Onun sözlərinə görə, Ukrayna rəsmiləri və Böyük Britaniya nümayəndələri ilə bu qış enerji sistemini qorumaq üçün birgə səyləri müzakirə edəcəklər.





" style="width: 670px; height: 340px;">









