Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev Brüsseldə Avropa qurumlarını TƏNQİD ETDİ
Tarix: 18-11-2023 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Hikmət Hacıyev Brüsseldə Avropa qurumlarını TƏNQİD ETDİ

Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.
 

Qarabaqinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.


“Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, - Hikmət Hacıyev deyib.
 

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri “dondurulnuş münaqişə” dövründə Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiya nümayiş etdirib.

H.Hacıyevin sözlərinə görə, Ermənistanın Qarabağdakı qanunsuz rejimi tərksilah edilib və Azərbaycandan çıxarılıb.


O, vurğulayıb ki, bu, Ermənistan-Azərbaycan sülh sazişi üçün maneələri aradan qaldırır.
 

“Biz bunun iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoyulması və Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında dayanıqlı sülh inşası üçün tarixi fürsət olduğuna inanırıq”.
 

Hikmət Hacıyev Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli olduğunu, lakin bunun baş vermədiyini xatırladıb: 

“Məqsədi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını saxlamaq olduğundan Minsk Qrupu Həmsədrlik İnstitutu uğursuzluğa düçar oldu. Biz hərbi işğala və təcavüzə son verdik. Ona görə də, Azərbaycan indi Ermənistanla sülh və normallaşma əlaqələrini prioritet götürür. Lakin istənilən sülh prosesi iki tərəfin iştirakını tələb edir. Ermənistan pozitiv və yaxşı niyyət nümayiş etdirməlidir. Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər”.
 

Hikmət Hacıyev regionda yeni reallıqla ortaya çıxdığını vurğulayıb.


“Avropa Şurası (AŞ) bu yaxınlarda Azərbaycanı tənqid edən bəyanatla çıxış etdi, biz bunu lüzumsuz hesab edirik”.


Prezidentin köməkçisi vurğulayıb ki, Avropa institutları Azərbaycan ərazisi işğalda olarkən heç vaxt ədalətli davranmayıb:
 

“Mən sual edirəm: niyə? İllərlə Gürcüstan, Moldova və Ukrayna ərazisindəki separatçı qurumlara qarşı bir yanaşma, Azərbaycana qarşı isə digər yanaşma olub”.
 

Hikmət Hacıyev Fransa kimi bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistanı hərbiləşdirmə proqramına başladığını deyib. Əlavə edib ki, Ermənistan Fransadan radar sistemləri və “Mistral” qısa məsafəli quru-hava tipli raketlər alır.


Prezidentin köməkçisi Azərbaycanın hərbiləşməni dəstəkləmədiyini vurğulayıb:


“Biz ardıcıl olaraq Fransa da daxil olmaqla üzv ölkələrə Azərbaycan ərazisində separatçılığı dəstəkləməmək, erməni revanşizmini və ya regionumuzda geosiyasi oyunları təşviq etməməklə bağlı xəbərdarlıq etmişik. Təəssüf ki, bu doğrudur”.


Hikmət Hacıyev tarixi fürsətin ortaya çıxdığını və bu vəziyyətdə müvafiq Avropa institutlarının problemin deyil, həllin bir parçası olmalı olduğunu da əlavə edib



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər