Ana Sayfa > Karusel / Gündəm > Hikmət Hacıyev Brüsseldə Avropa qurumlarını TƏNQİD ETDİ
Hikmət Hacıyev Brüsseldə Avropa qurumlarını TƏNQİD ETDİ18-11-2023, 11:46. Yazar: Admin |
Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır. Qarabaqinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri “dondurulnuş münaqişə” dövründə Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiya nümayiş etdirib. H.Hacıyevin sözlərinə görə, Ermənistanın Qarabağdakı qanunsuz rejimi tərksilah edilib və Azərbaycandan çıxarılıb.
“Biz bunun iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoyulması və Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında dayanıqlı sülh inşası üçün tarixi fürsət olduğuna inanırıq”. Hikmət Hacıyev Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli olduğunu, lakin bunun baş vermədiyini xatırladıb: Hikmət Hacıyev regionda yeni reallıqla ortaya çıxdığını vurğulayıb.
“Mən sual edirəm: niyə? İllərlə Gürcüstan, Moldova və Ukrayna ərazisindəki separatçı qurumlara qarşı bir yanaşma, Azərbaycana qarşı isə digər yanaşma olub”. Hikmət Hacıyev Fransa kimi bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistanı hərbiləşdirmə proqramına başladığını deyib. Əlavə edib ki, Ermənistan Fransadan radar sistemləri və “Mistral” qısa məsafəli quru-hava tipli raketlər alır.
Geri dön |