İsveçin Bağdaddakı səfirliyi yerli nümayişçilər tərəfindən yandırıldıqdan sonra öz işini dayandırıb.
Qarabaginfo.az xəbər verir ki, diplomatik nümayəndəlikdə pasport və digər sənədlərin verilməsi də müvəqqəti dayandırılıb.
“İyunun 29 və 30-da və iyulun 20-də İsveçin Bağdaddakı səfirliyi qarşısında nümayişlər keçirildiyi üçün səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, səfirlik binası İsveçdə “Quran”ın yandırılmasına etiraz olaraq yandırılıb.