Ana Sayfa > Karusel / Siyasət > İsveçin İraqdakı səfirliyi bağlanıb- Etirazçılar tərəfindən yandırıldıqdan sonra

İsveçin İraqdakı səfirliyi bağlanıb- Etirazçılar tərəfindən yandırıldıqdan sonra


20-07-2023, 14:07. Yazar: Admin

İsveçin Bağdaddakı səfirliyi yerli nümayişçilər tərəfindən yandırıldıqdan sonra öz işini dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, diplomatik nümayəndəlikdə pasport və digər sənədlərin verilməsi də müvəqqəti dayandırılıb.

“İyunun 29 və 30-da və iyulun 20-də İsveçin Bağdaddakı səfirliyi qarşısında nümayişlər keçirildiyi üçün səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, səfirlik binası İsveçdə “Quran”ın yandırılmasına etiraz olaraq yandırılıb.


Geri dön