Saytımızı qiymətləndirin


 
 

Növbəti prezident Putin kimi olmalıdır - Peskov
Tarix: 18-11-2023 | Saat: 11:29
Bölmə:Karusel / Sosial / Dünya | çapa göndər

Növbəti prezident Putin kimi olmalıdır - Peskov

Rusiyanın növbəti prezidenti “Putin kimi” olmalıdır.


Qarabaqinfo.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov “MQİMO 360” tələbə xəbər kanalına müsahibəsində bildirib.

Peskov növbəti prezidentin necə olması barədə suala belə cavab verib: "Eyni".
 

Onun sözlərinə görə, Putin gələn il keçirləcək prezident seçkilərində namizəd olmaq qərarına gəlsə, qələbə qazanacaq.

“Putin namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə şübhəm yoxdur, Vladimir Putinin bundan sonra da prezidentimiz olacağına şübhə etmirəm”, – Peskov bildirib.

Noyabrın əvvəlində Peskov xatırladıb ki, Putin hələ seçkilərə namizədliyini açıqlamayıb.

“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Kampaniyanın özü isə hələ rəsmi olaraq elan edilməyib”, o bildirib.

Yayda “Nyu-York Times” qəzetinə verdiyi müsahibədə o, "cənab Putin gələn il 90%-dən çox səslə yenidən seçiləcək" demişdi. Peskov daha sonra şəxsi fikrini ifadə etdiyini söyləmişdi.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər