Saytımızı qiymətləndirin


 
 

Xankəndidə ilk futbol matçı bu tarixdə keçirilə bilər
Tarix: 16-11-2023 | Saat: 11:40
Bölmə:Karusel / Qarabağ / İdman | çapa göndər

Xankəndidə ilk futbol matçı bu tarixdə keçirilə bilər

Xankəndi şəhər stadionunda yenidənqurma işləri sürətləndirilib.

Qarabaqinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin gələn ayın ortalarında yekunlaşdırılması nəzərdə tutulur.

Əgər planlaşdırlan işlər vaxtında başa çatdırılsa, Azərbaycan kubokunun dekabrın 21-də keçiriləcək 1/8 final matçı Xankəndi stadionunda təşkil oluna bilər.

Belə ki, həmin gün Ağdamın "Qarabağ" klubu Azərbaycan kubokunun II təsnifat mərhələsinin oyununu keçirəcək. 

“Qarabağ”ın rəqibinə gəlincə, bu, bir müddət sonra bəlli olacaq. Belə ki, noyabrın 19-da keçiriləcək “Ağdaş” - “Cəbrayıl” oyununun qalibi noyabrın 30-da MOİK-lə qarşılaşacaq. Məhz həmin oyunda qələbə qazanacaq klub “Qarabağ”la qarşılaşacaq. Dekabrın 21-dəki bu qarşılaşmanın isə Xankəndi şəhər stationuna təyin ediləcəyi  istisna olunmur.



Xəbəri paylaş

1150 dəfə oxunub.

Digər xəbərlər