Saytımızı qiymətləndirin


 
 

Metronun bu stansiyası gücləndirilmiş iş rejiminə keçir
Tarix: 15-11-2023 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Metronun bu stansiyası gücləndirilmiş iş rejiminə keçir

Noyabrın 16-da Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

 

Qarabaqinfo.az xəbər verir ki, paytaxtımızda keçirilən kütləvi mədəni tədbirlərlə bağlı “Bakı Metropoliteni” QSC-nin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

 

Azarkeşlərin arenaya gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

 

Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

 

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər