Saytımızı qiymətləndirin


 
 

İki liderin tarixi görüşü: Gündəlikdə nələr var?
Tarix: 15-11-2023 | Saat: 12:16
Bölmə:Karusel / Dünya | çapa göndər

İki liderin tarixi görüşü: Gündəlikdə nələr var?

ABŞ prezidenti Co Bayden bu gün Çin lideri Si Cinpinlə görüşəcək.

 

Qarabaqinfo.az xəbər verir ki, San-Fransiskoda keçiriləcək sammitdə iki ölkə gərginliyi azaltmağa çalışacaq.

 

Baydenin San-Fransiskodakı görüşdə bir neçə əsas məqsədi var. Buraya Vaşinqton və Pekin arasındakı münasibətlərdə gərginliyin aşağı salınması üçün iki ölkənin ordusu arasında birbaşa rabitə xətlərinin bərpası, Avropa və Yaxın Şərqdəki müharibələr, Tayvan məsələsi daxildir. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüş Si Cinpinin son altı ildə ABŞ-a ilk səfəri çərçivəsində baş tutur. Bayden və Si Cinpin sonuncu dəfə bir il əvvəl İndoneziyada görüşüblər.

 

Görüş zamanı gündəlikdə duran əsas məsələlər hansı olacaq?

 

Ordular arasında birbaşa rabitənin qurulması

 

Sammitdə ABŞ və Çin Silahlı Qüvvələri arasında birbaşa rabitə xəttinin qurulması barədə danışıqlar aparılacaq. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin 2022-ci ildə rabitəni dayandırıb. ABŞ çinlilərin rabitə kanallarını yenidən açmaqdan imtina etdiklərini bildirirlər. ABŞ mətbuatı yazır ki, Bayden rabitəni bərpa etmək üçün israr edəcək. Bayden bu rabitənin bərpasını Cənubi Çin dənizi və Tayvan boğazında hərbi gəmiləri və təyyarələr arasında qarşıdurmadan sonra gərginliyi azaltmağın əsas yolu kimi görür.

 

 

Baydenin Si Cinpin ilə görüşündə son illərdə iki ölkə arasında münaqişə mənbəyi olan Tayvan mövzusunu gündəmə gətirəcəyi gözlənilir. O, "sülh və sabitlik konsepsiyasını” və Tayvan boğazında “sülh və sabitliyin qorunmasını" müəyyən edəcək. ABŞ Çinin Tayvan boğazındakı “aqressiv hərbi hərəkətlərinə” qarşı çıxıb və Pekinin yaxın illərdə adayı işğal etməyə və ya blokadaya almağa hazırlaşa biləcəyi barədə xəbərdarlıq edib. Bayden administrasiyası Tayvanı silahla təmin edib və dövlət başçısı ABŞ qüvvələrinin Tayvanı hücumdan qoruyacağını bildirib.

 

Qlobal münaqişələrdə Çinin rolu

 

Bayden administrasiyası Pekinin həm Ukraynadakı müharibəyə, həm də İsrail və HƏMAS arasındakı müharibəyə reaksiyasını diqqətlə izləyir. Ağ Ev rəsmiləri aylardır Çinin Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək verəcəyi ehtimalı barədə xəbərdarlıq edir. Ötən ay Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşərək iki ölkə arasındakı münasibətləri vurğulamışdı. Administrasiya rəsmiləri həmçinin Çinin Yaxın Şərq münaqişəsindəki potensial rolunu vurğulayır, Pekinin İranla əlaqələrini diqqətlə izləyirlər. Baydenin görüşdə Çin liderinə İranın Yaxın Şərqdəki fəaliyyəti barədə məlumat verəcək.

 

Münaqişəyə YOX, rəqabətə HƏ

 

Bayden administrasiyası adətən Çin ilə əlaqələrini rəqabət münasibətləri kimi təsvir edir. ABŞ rəsmiləri deyir ki, onlar münasibətlərin münaqişəyə çevrilməməsinə çalışırlar. Rəsmilər həmçinin iddia edirlər ki, hərbi əlaqələrin bərpası rəqabəti effektiv idarə etməyin əsas yoludur və Bayden administrasiyasının Çin ilə diplomatiyası onlara rəqabəti cilovlamağa imkan verir.

 



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər
7-04-2021, 11:02 İranda zəlzələ oldu