Saytımızı qiymətləndirin


 
 

Laçına köçürülən daha 10 ailəyə mənzillərinin açarları təqdim olunub
Tarix: 14-11-2023 | Saat: 17:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçına köçürülən daha 10 ailəyə mənzillərinin açarları təqdim olunub

Noyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Komitədən Qarabaginfo.az-a verilən xəbərə görə, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.



Xəbəri paylaş

1145 dəfə oxunub.

Digər xəbərlər