Saytımızı qiymətləndirin


 
 

Akif İslamzadə Prezidentə məktub YAZDI
Tarix: 07-11-2023 | Saat: 15:16
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Akif İslamzadə Prezidentə məktub YAZDI

Tanınmış ifaçı, “Şöhrət” ordenli müğənni Akif İslamzadə Prezident İlham Əliyevə məktub yazıb.

Qarabaqinfo.az-ın məlumatına görə, sənətçi məktubunda bildirib:


“Möhtərəm cənab Prezident.

Sizi Azərbaycanda 20 illik uğurlu prezidentlik fəaliyyətinizlə bağlı ürəkdən təbrik edirəm.

Bu qısa dövr ərzində ölkəmizin bütün sahələrdə qazandığı misilsiz nailiyyətlər, xüsusən də uzun illər işğal altında olan torpaqlarımızın düşməndən tam azad olunması məhz Sizin böyük əməyinizin, uzaqgörən daxili və xarici siyasətinizin uğurlu nəticəsidir. İyirmi illik prezidentlik fəaliyyətinizin məqsədi xalqa ləyaqətlə xidmət etmək, dövlətçiliyimizi qorumaq, möhkəmlətmək, Azərbaycanı dünya dövlətləri sırasında daha qüdrətli dövlət kimi tanıtmaq olmuşdur.

Bu gün dünyada qlobal hadisələrin baş verdiyi çox mürəkkəb bir dövrdə həyata keçirdiyiniz bu çətin və şərəfli işinizə görə Sizə dərin təşəkkürümü bildirir, Azərbaycan Respublikasının gələcək inkişafı naminə görəcəyiniz dəyərli işlərinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

İslamzadə Akif Qədir oğlu,

“Şöhrət” ordenli müğənni”.



Xəbəri paylaş

1459 dəfə oxunub.

Digər xəbərlər