Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda kişilər qadınlardan daha çox kompüterdən istifadə edir
Tarix: 04-11-2023 | Saat: 16:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Azərbaycanda kişilər qadınlardan daha çox kompüterdən istifadə edir

Ötən il kişilərin 81.6, qadınların isə 81.2 faizi kompüterdən istifadə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqladığı “Azərbaycanda Rəqəmsal İnkişaf: faktlar, təhlillər, rəqəmlər” hesabatında qeyd olunub.

Hesabatda həmçinin kompüterdən istifadə edən əhalinin yaş bölgüsü də açıqlanıb. Belə ki, ötən il 24 yaşadək əhalinin 82.5, 25-35 yaş qrupundakı əhalinin 87.1, 36-64 yaş qrupundakı əhalinin 83.6, 65 və daha yuxarı yaşda olan əhalinin isə 57.6 faizi kompüterdən istifadə edib.

Ötən il internetdən istifadə edən əhalinin ölkə üzrə bütün əhalinin sayında xüsusi çəkisi də açıqlanıb. Belə ki, 24 yaşadək olan şəxslərin 78.6, 25-35 yaş qrupunda olan şəxslərin 96.1, 35-64 yaş qrupundakı şəxslərin 95.7, 65 və daha yuxarı yaş qrupundakı şəxslərin isə 66,8 faizi internetdən istifadə edib.



Xəbəri paylaş

`187 dəfə oxunub.

Digər xəbərlər