Tarix: 31-01-2022 | Saat: 19:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Böyük Britaniyanın Baş naziri Boris Conson barəsində hökumət tərəfindən aparılan araşdırma başa çatıb.
Qarabaginfo.az-ın məlumatına görə, Nazirlər Kabinetinin sorğusundan sonra dövlət qulluqçusu Sue Qray tərəfindən Boris Consonun və işçilərinin karantin qaydalarını pozmağı barəsində hazırlanan araşdırmanın nəticələrinin bir qismi ictimaiyyətə açıqlanıb.
Bildirilib ki, ölkədə karantin olduğu bir zamanda "Downing Street"də keçirilən yığıncaqlar və həmin yığıncaqda göstərilən bəzi davranışları əsaslandırmaq çətindir: “Sözügedən yığıncaqların bəziləri təkcə hökumətdə işləyənlərdən gözlənilən yüksək standartlara deyil, həm də o dövrdə bütün Britaniya əhalisindən gözlənilən standartlara ciddi şəkildə riayət edilmədiyini göstərir. Görünür ki, bu yığıncaqların bəzilərinin ictimai sağlamlıq üçün təqdim etdiyi risklər, ictimaiyyətə necə görünə biləcəyi, ölkə daxilində baş verənlərə çox az fikir verilib”.
Qeyd edək ki, Britaniya Baş naziri Boris Conson və "Downing Street" işçiləri ötən illərdə karantin zamanı yığıncaqlar təşkil edərək qaydaları pozublar. Boris Conson əvvəlcə bu yığıncaqlarda iştirak etmədiklərini bildirsə də, daha sonra ortaya çıxan görüntülərdən sonra bunun yalnızca iş üçün olduğunu deyib.
Digər xəbərlər