İsrail Silahlı Qüvvələri Qırmızı dəniz üzərində ballistik raketin qarşısını almaq üçün “Arrow 3” raketdən müdafiə sistemindən istifadə edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat İsrail ordusunun Telegram kanalında yayılıb.
Məlumata görə, oktyabrın 7-də HƏMAS döyüşçülərinin hücumundan sonra bu sistemdən ilk dəfə istifadə olunur.
“Sistem uğurla işlədi”, – məlumatda deyilir.