Saytımızı qiymətləndirin


 
 

İsrail HƏMAS-ı məğlub etdikdən sonra Qəzza necə olacaq?
Tarix: 01-11-2023 | Saat: 12:30
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail HƏMAS-ı məğlub etdikdən sonra Qəzza necə olacaq?

 

ABŞ və İsrail HƏMAS-ın məğlub olacağı təqdirdə Qəzzanın gələcəyini müzakirə edirlər.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Nəşr mənbələrə istinadən yazıb ki, ABŞ, Böyük Britaniya və Fransa hərbçilərinin daxil ola biləcəyi çoxmillətli sülhməramlı qüvvələrin Qəzza zolağına gətirilməsi variantı da nəzərdən keçirilir.

 

Eyni zamanda, Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Uatson bildirib ki, belə bir variant müzakirə olunmur. Bundan əlavə, nəşrin mənbələrinin bildirdiyinə görə, Bayden belə bir qərarı siyasi baxımdan riskli hesab edərək, hətta kiçik qruplar şəklində də ölkə qoşunlarını İsrailə göndərmək istəmir.

 

Bununla belə, dövlət katibi Antoni Blinken Senatda deyib ki, Qəzza zolağına HƏMAS-ın rəhbərlik etdiyi status-kvoya qayıtmaq olmaz.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər