Saytımızı qiymətləndirin


 
 

Xoreoqrafların pensiyaya çıxma yaşının azaldılması təklif edildi
Tarix: 31-10-2023 | Saat: 15:53
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Xoreoqrafların pensiyaya çıxma yaşının azaldılması təklif edildi

Fiziki olaraq səhnədə qalmaq maksimum 40 yaşa qədər mümkündür.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” panelində çıxış edən xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi, Əməkdar artist Nailə Məmmədzadə deyib.

 

“Bizim mövcud qanunvericiliyə görə isə təqaüdə çıxma yaşı 60-dan yuxarıdır”, - Nailə Məmmədzadə bildirib.

 

O təklif edib ki, xoreoqrafların təqaüdə çıxma yaşı aşağı salınsın.

 

Xoreoqraf, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə də təklifi dəstəkləyib: "Rəqs sənətini seçmək istəyən insan düşünür ki, 35-40 yaşından sonra nə edəcək? Mən çox xahiş edirəm, bu məsələyə diqqət göstərilsin. Çünki bu cür məsələlər Azərbaycanda rəqs sənətinin inkişafına mane olur".



Xəbəri paylaş

1409 dəfə oxunub.

Digər xəbərlər