Ana Sayfa > Karusel / Mədəniyyət > Xoreoqrafların pensiyaya çıxma yaşının azaldılması təklif edildi
Xoreoqrafların pensiyaya çıxma yaşının azaldılması təklif edildi31-10-2023, 15:53. Yazar: Admin |
Fiziki olaraq səhnədə qalmaq maksimum 40 yaşa qədər mümkündür.
Qarabaqinfo.az xəbər verir ki, bunu Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” panelində çıxış edən xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi, Əməkdar artist Nailə Məmmədzadə deyib.
“Bizim mövcud qanunvericiliyə görə isə təqaüdə çıxma yaşı 60-dan yuxarıdır”, - Nailə Məmmədzadə bildirib.
O təklif edib ki, xoreoqrafların təqaüdə çıxma yaşı aşağı salınsın.
Xoreoqraf, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə də təklifi dəstəkləyib: "Rəqs sənətini seçmək istəyən insan düşünür ki, 35-40 yaşından sonra nə edəcək? Mən çox xahiş edirəm, bu məsələyə diqqət göstərilsin. Çünki bu cür məsələlər Azərbaycanda rəqs sənətinin inkişafına mane olur". Geri dön |