Tarix: 30-10-2023 | Saat: 12:11
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh və münasibətlərin qurulması, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması haqqında saziş imzalamaq hökumətinin niyyətidir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
“Bizim planlarımıza Azərbaycanla sülh və münasibətlər qurmaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün saziş imzalamaq daxildir. Biz başa düşürük ki, bu, asan olmayacaq, lakin belə bir proqramın irəli sürülməsi Ermənistan Respublikasının dövlət maraqlarına uyğundur”, - deyə Paşinyan bildirib.
Ermənistan baş nazirinin sözlərinə görə, dağılan dünya nizamı şəraitində Ermənistanın təhlükəsizliyini təmin etmək üçün yeganə vasitə vətən anlayışının dövlətlə, onun ərazisi ilə, beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə, ərazi bütövlüyü ilə eyniləşdirilməsidir.
“Bu qavrayışdan irəli gələn əsas, praktiki problem, nə qədər qəribə səslənsə də, dövlətin coğrafi mövqeyini bilməkdir. Düşünürəm ki, Şərq-Qərb, Şimal-Cənub problemlərinin qlobal müzakirəsindən əvvəl bizim Cənubi Qafqaz regionunda olduğumuzu, bizim 4 qonşumuz olduğunu və onlarla münasibətlərdə bizim bütün əsas təhlükələri və imkanları dərk etmək vacibdir. Bu baxımdan Gürcüstan və İran İslam Respublikası ilə münasibətlərin dostluq, əməkdaşlıq xarakterini daha da dərinləşdirmək də vacibdir”, - Paşinyan əlavə edib.
Digər xəbərlər