Saytımızı qiymətləndirin


 
 

ŞKTR XİN rəhbəri: Şimali Kipr xalqı nə qanuni haqlarından, nə də iradəsindən vaz keçəcək
Tarix: 18-12-2025 | Saat: 12:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu

 

Şimali Kipr Türk Respublikası (ŞKTR) xalqı nə qanuni haqlarından, nə də iradəsindən vaz keçəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət iki dövlətli həll yolunu qəbul etməlidir.

“Kipr türk xalqı illərdir məruz qaldıqları təcrid və embarqolara baxmayaraq, nə iradəsindən, nə də qanuni hüquqlarından əl çəkəcək. Adada ədalətli, davamlı və suveren bərabərlik iki dövlətli həll yolu ilə mümkündür. Beynəlxalq ictimaiyyət də bunu qəbul etməlidir”, - Tahsin Ertuğruloğlu vurğulayıb.



Xəbəri paylaş

68 dəfə oxunub.

Digər xəbərlər