Saytımızı qiymətləndirin


 
 

Gələn il pensiyaların məbləği dəyişməyəcək - Sosial yardımlar isə artırılır
Tarix: 30-10-2023 | Saat: 11:22
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Gələn il pensiyaların məbləği dəyişməyəcək - Sosial yardımlar isə artırılır

Hesablama Palatası “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy hazırlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, rəy “Hesablama Palatası haqqında” Qanunun müddəalarına uyğun hazırlanıb.

 

Rəyin hazırlanmasında dövlət qurumlarının hesabat və statistik məlumatlarından, Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin və təhlillərin nəticələrindən, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə edilib.

 

Sənəddə bildirilir ki, ölkəmizdə 2024-cü ildə minimum pensiyanın məbləği dəyişməyəcək. Belə ki, Azərbaycanda bu il 280 manat olan minimum pensiya növbəti il də eyni olacaq. Lakin, müvafiq indeksasiyalar aparıldıqdan sonra vətəndaşlar 280 manatdan çox pensiya ala biləcəklər.

 

Bundan başqa, növbəti il ünvanlı sosial yardımın məbləği bu illə müqayisədə 24 manat artırılaraq (9.8%) 270 manata çatıdırılması nəzərdə tutulub.

 

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi də 270 manat götürüləcək. Qeyd edək ki, 2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər