Saytımızı qiymətləndirin


 
 

“Qonşularla barışmağın vaxtı çatıb” - Ermənistan Ali Məhkəməsinin eks-sədri
Tarix: 27-10-2023 | Saat: 16:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Qonşularla barışmağın vaxtı çatıb” - Ermənistan Ali Məhkəməsinin eks-sədri

“Qonşularımızla barışmağın vaxtı çatıb”.



Qarabaqinfo.az xəbər verir ki. Bunu Ermənistan Ali Məhkəmə Şurasının keçmiş sədri, baş prokurorun sabiq müavini Qaqik Cangiryan “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbət zamanı deyib.



“Artsaxı itirdiyimiz üçün təəssüf edirəm” deyən Cangiryan siyasi analitik olmadığından ermənilərin niyə uduzduğu barədə danışmaq istəməyib.

 

O, sülh proqramının tərəfdarı olduğunu vurğulayıb.

 

“İndi babaları, ataları döyüşən nəsil yetişib, indi nəvələr də döyüşür. Yəni qonşularımızla münaqişəmizin əsrlərlə davam etməsini istəyirsiniz? Müəyyən bir nöqtədə dayanmaq lazımdır”.

 

Qaqik Cangiryanın sözlərinə görə, qonşularla sülhə gəlmək lazımdır:



“Mən sülh planının tərəfdarıyam. Nə vaxtsa biz dayanmalı olacağıq. Qonşularımızla barışmağın vaxtı çatıb”.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər