Saytımızı qiymətləndirin


 
 

Ermənistan Qarabağ ermənilərinə yeni status verir
Tarix: 26-10-2023 | Saat: 15:30
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ermənistan Qarabağ ermənilərinə yeni status verir

Ermənistan hökuməti oktyabrın 26-da keçirdiyi iclasda Qarabağdan gəlmiş ermənilərin şəxsiyyətini təsdiq edən sənədin təsvirini və onun verilməsi qaydasını təsdiqləyib.
 

Qarabaqinfo.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, layihəni təqdim edən ədliyyə naziri Qriqor Minasyan deyib ki, Nazirlər Kabinetinin qərarı ilə aşağıdakı şəxslər müvəqqəti müdafiəyə cəlb olunacaqlar:
 

- qondarma “Dağlıq Qarabağ”ın əhali reyestrində qeydiyyatda olan şəxslər;

- Ermənistan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yerləşən, son qeydiyyat ünvanı “Dağlıq Qarabağ”da olan şəxslər;

- “Dağlıq Qarabağ”ın əhali reyestrində qeydiyyatda olmayan, lakin orada yaşamış və Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən 2023-cü il sentyabrın 19-dan sonra qeydiyyata alınmış şəxslər.


Nazir bildirib ki, layihənin qəbulu ilə Qarabağdan gələn şəxslərin hüquqi statusu, onların hüquq və vəzifələrinin dairəsi dəqiqləşdiriləcək.

Onun sözlərinə görə, müvəqqəti müdafiəyə götürülən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qaçqın olurlar və qaçqınlar üçün qanunla və beynəlxalq konvensiyalarla, o cümlədən “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.
 

Nazir onu da əlavə edib ki, bu qərar qüvvəyə mindikdən sonra məcburi köçkünlərin hamısı avtomatik olaraq qaçqın statusu alacaq və 3 ay ərzində onlar müvafiq idarələrdən qaçqın sənədi ala biləcəklər.


Öz növbəsində xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu statusa malik olan şəxslər Ermənistan vətəndaşlığına müraciət etmək və bundan irəli gələn bütün əlavə hüquq və vəzifələr, o cümlədən pensiya almaq hüququna malikdirlər. Amma vətəndaş olub pensiya alandan sonra qaçqına verilən sosial dəstək artıq verilməyəcək.



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər