Saytımızı qiymətləndirin


 
 

Nəşi 8 ay sonra tapılan şəhid leytenantın atasını belə aldadıblar
Tarix: 08-04-2022 | Saat: 00:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nəşi 8 ay sonra tapılan şəhid leytenantın atasını belə aldadıblar

2020-ci ilin sentyabr ayında başlayan Vətən Müharibəsinin ilk günlərində şəhid olan, lakin nəşi 8 ay sonra tapılan leytenant Əli Yusifovun atası Süləddin Yusifov dələduzluğa məruz qalıbmış. Aylarla oğul həsrəti çəkən, qulağı övladının şəhid olması və ya sağ olması barədə istənilən xəbərdə olan atanı aldadan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Müsavat” qəzeti məlumat yayıb.

Şəhid atası Süləddin Yusifovu hər kəs tanıyır. Ata oğlu itkin düşəndən sonra sosial şəbəkələr vasitəsi ilə tez-tez müraciətlər edirdi. Oğlunu görənlərdən, tanıyan hərbçi yoldaşlarından kömək istəyirdi. Onun müraciətləri mətbuat səhifələrində də dərc edilmişdi.

Süləddin Yusifov paylaşımlarının birində qeyd etmişdi ki, oğlunu yuxusunda görüb.

Şəhid atası qeyd edirdi ki, əsir düşən oğlu ondan kömək istəyir. Onun bu paylaşımı hər kəsi çox kövrlətmişdi. Lakin şəhid atası 8 ay sonra oğlunun şəhadət xəbərini aldı.

Elə həmin ərəfələrdə- Süləddin Yusifovun oğlunun əsir düşməsinə, sağ olmasına ümid etdiyi ərəfədə həmyerlisi Natiq Abbasov bunu fürsət bildib. Süləddin Yusifova oğlunun əsir düşdüyünü, onu əsirlikdən qurtarmaq üçün pul lazım olduğunu deyib.

Natiq Ababsov oğlundan gələcək hər xəbərə həssas olan ataya deyib ki, Əli Füzulidə, Horadizdə yaralanıb. Onunla birlikdə 6 nəfər də yaralı olub. Yaralıları xəstəxanaya gətirən maşın havanın dumanlı olması səbəbindən ermənilərin yerləşdiyi posta gedib.

Bu yalanlarına Süləddin Yusifovu inandıran Natiq Abbasov hissə-hissə olmaqla 1705 manat pulun öz kartına köçürülməsinə nail olub. Həmin pulları şəxsi ehtiyaclarına xərcləyərək Süləddin Yusifova qarşı dələduzluq edib.

Bu əməlinə görə Natiq Abbasov axtarışa verilərək həbs edilib. Şərur Rayon Məhkəməsinin hökmü ilə Natiq Abbasov 2021-ci ilin oktyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib. Cəzadan apelyasiya şikayəti verən Natiq Abbasov dünən məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onun səhhətindəki problemi, şəhid atasının onu bağışlamasını, zərəri tam olaraq ödəməsini nəzərə alıb. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər