Ana Sayfa > Karusel / Dünya > Ermənistan Qarabağ ermənilərinə yeni status verir
Ermənistan Qarabağ ermənilərinə yeni status verir26-10-2023, 15:30. Yazar: Admin |
Ermənistan hökuməti oktyabrın 26-da keçirdiyi iclasda Qarabağdan gəlmiş ermənilərin şəxsiyyətini təsdiq edən sənədin təsvirini və onun verilməsi qaydasını təsdiqləyib. Qarabaqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, layihəni təqdim edən ədliyyə naziri Qriqor Minasyan deyib ki, Nazirlər Kabinetinin qərarı ilə aşağıdakı şəxslər müvəqqəti müdafiəyə cəlb olunacaqlar: - qondarma “Dağlıq Qarabağ”ın əhali reyestrində qeydiyyatda olan şəxslər; - Ermənistan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yerləşən, son qeydiyyat ünvanı “Dağlıq Qarabağ”da olan şəxslər; - “Dağlıq Qarabağ”ın əhali reyestrində qeydiyyatda olmayan, lakin orada yaşamış və Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən 2023-cü il sentyabrın 19-dan sonra qeydiyyata alınmış şəxslər.
Nazir onu da əlavə edib ki, bu qərar qüvvəyə mindikdən sonra məcburi köçkünlərin hamısı avtomatik olaraq qaçqın statusu alacaq və 3 ay ərzində onlar müvafiq idarələrdən qaçqın sənədi ala biləcəklər.
Geri dön |