Saytımızı qiymətləndirin


 
 

Solovyovun İtaliyadakı villasının mühafizəsi gücləndirilir
Tarix: 07-04-2022 | Saat: 01:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Solovyovun İtaliyadakı villasının mühafizəsi gücləndirilir

İtaliyanın hüquq-mühafizə orqanları rusiyalı teleaparıcı Vladimir Solovyovun Komo gölü sahilindəki villasının təhlükəsizlik tədbirlərini gücləndirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Komo əyalətinin prefekturasının bəyanatında deyilir. Bildirilir ki, bu qərar naməlum şəxslərin Solovyovun villasını yandırmağa cəhdindən sonra verilib.

Bildirilir ki, sanksiya tədbirlərinin təsirinə məruz qalmış əmlakın idarə edilməsinə və mühafizəsinə cavabdeh olan Əmlak Məsələləri Dövlət Agentliyinin bu cür obyektlərin təhlükəsizliyini təmin etmək üçün videomüşahidə sistemlərindən şəxsi mühafizə ilə birlikdə istifadəyə başlaması üçün cəlb edilməsi qərara alınıb.

Qeyd edək ki, çərşənbə günü səhər saatlarında naməlum şəxslər Solovyovun Komo gölü sahilindəki villalarından birinə girərək evə ziyan vurmadan oradakı avtomobil təkərlərini yandırıblar. Menaco şəhərinin merinin dediyinə görə, hücum edənlərin hərəkətləri itaətkar və nümayişkaranə olub. Hücum edənlər evi Rusiyanın Ukraynadakı əməliyyatlarına qarşı etiraz yazıları ilə örtüblər.

Xatırladaq ki, mart ayında teleaparıcı Ukrayna hadisələri ilə bağlı Aİ-nin sanksiya siyahısına salındıqdan sonra İtaliya Qvardiyası Solovyovun əmlakına həbs qoyub.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər