Tarix: 25-10-2023 | Saat: 17:54
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan hökuməti beynəlxalq tərəfdaşlara “Dünyanın kəsişməsi” layihəsinin təqdimatını göndərəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən "hökumət saatı"nda bildirib.
Paşinyan 17 oktyabrda Strasburq şəhərində Avropa Parlamentinin plenar iclasındakı çıxışını şərh edərək bildirib ki, Cənubi Qafqazda regional kommunikasiyaların açılması və sülhün təmin olunmasına aid Ermənistan hökumətinin yanaşmasını özündə əks etdirən “Dünyanın kəsişməsi” layihəsinin broşürası beynəlxalq tərəfdaşlara göndəriləcək.
Onun sözlərinə görə, layihənin adının dəyişdirilməsi ilə onun mahiyyəti dəyişməyib və hər hansı yenilik yoxdur.
Paşinyan həmçinin, əlavə edib ki, layihə ilə bağlı videotəqdimat da hazırlanacaq.
Digər xəbərlər