Saytımızı qiymətləndirin


 
 

“Ermənistan Zəngəzur yolunu Azərbaycana icarəyə versin” –SAAKAŞVİLİDƏN MÜRACİƏT
Tarix: 24-10-2023 | Saat: 17:51
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistana Zəngəzur dəhlizini Azərbaycana icarəyə verməyi təklif edib. 

Qarabaginfo.az bildirir ki, sabiq prezident bu barədə Azərbaycan və Ermənistana etdiyi müraciətində bildirib.

Onun sözlərinə görə, bu tip məsələlərin ağrısız həlli yolları var: “Bunlardan biri Moldova və Ukrayna arasında yolun icarəsi ilə bağlıdır. Mən qubernator olanda Ukraynanın icarəyə götürdüyü yolda olmuşam. Moldova ərazisində olan bu icarə sahəsinə ukraynalı sərhədçilər nəzarət edirlər. Mən yolun bu hissəsini tam hissə ilə birlikdə təmir elədim. Moldova bu yolu Ukraynaya icarə verməklə böyük iqtisadi fayda götürürdü”.

Saakaşvili bildirib ki, Ermənistan da bu qaydada edə bilər: “Əgər Ermənistan və Azərbaycan yolun icarəsi barədə razılıq əldə etsələr Ermənistan bundan çox böyük gəlir əldə edəcək. Həmçinin əsas beynəlxalq marşruta çıxışı olacaq, eyni zamanda mühüm nəqliyyat logistik qovşağa çevriləcək. Bununla tərəflər müharibədən, rus ordusunun orada yerləşdirməsindən qaça  bilərlər. Bu saziş gələcək sülh müqaviləsinin mühüm hissəsi ola bilər”.

Saakaşvili deyib ki, Rusiya yeni müharibənin başlanmasında maraqlıdır. Bu, Moskvaya regionun siyasətinə fəal müdaxilə imkanı verir, eyni zamanda əlavə ordu hissələrini ora göndərmək imkanı qazanır.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər