Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib
Tarix: 24-10-2023 | Saat: 15:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində "Mustafa Kamal Atatürk - 2023” Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olunub.

Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edilib.

Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər
17-01-2022, 12:50 Ət niyə bahalaşıb?