Saytımızı qiymətləndirin


 
 

"Nəfəs" İctimai Birliyi 7 yaşlı uşaq üçün çağırış etdi - VİDEO
Tarix: 01-02-2022 | Saat: 10:44
Bölmə:Karusel / Sosial | çapa göndər

“Nəfəs” İctimai Birliyi 7 yaşlı uşaq üçün çağırış etdi – VİDEO

Qarabaginfo.az xəbər verir ki, skaliozdan əziyyət çəkən 7 yaşlı Zəhra İsmayılova üçün “Nəfəs” İctimai Birliyi çağırış edib.

Bugün sizi uzun müddətdir sağlamlığındakı problemləri ilə yaxından maraqlandığımız İsmayılova Zəhra ilə tanış etmək istəyirik. 7 yaşlı Zəhra bu kiçik və cılız bədənində uzun illərdir ağır bir yük daşıyır. Anadangəlmə omba çıxıqlığından əziyyət çələn qızımız 2 dəfə ağır əməliyyat keçirərək 7 illik həyatının 5 ilini gipsdə keçirib. Nəticədə kürəyində yaranan şişlik zamanla skalioz xəstəliyinə çevrilib və Zəhranın normal hərəkətinə mane olmağa başlayıb. Həkimlər deyir ki, Zəhra sümükləri tam bərkiməmiş əməliyyat olunarsa, zamanla onurğa sütunu bərpa olunacaq və sağlamlığına qovuşacaq.

Zəhra balamızın bizə doğru uzanan kiçik əllərindən tutmaq və onu bu çətinlikdən çəkib qurtarmaq bizim əlimizdədir. Bugünədək bizə maddi-mənəvi dəstək olan, yolumuza işıq tutan bütün yardımsevər dostlarımızı Zəhra balamıza əl tutmağa çağırırıq.

Gəlin, Zəhra üçün bir ümid işığı olaq, gələcəyin bir ulduzunu parlamadan sönməyə icazə verməyək!

Zəhraya nəfəs olmaq istəyəyirsinizsə, birliyimizin aşağıdakı bank hesablarına öz dəstəyinizi göstərə bilərsiniz:

Manat hesabı: AZ58IBAZ40060019444855614215

Euro hesabı: AZ28IBAZ40160019784855614215

Rus rublu hesabı: AZ65IBAZ40160018104855614215

Türk lirəsi hesabı: AZ80IBAZ40160019494855614215

Dollar hesabı: AZ48IBAZ40160018404855614215



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər