Saytımızı qiymətləndirin


 
 

Fransalı nazir Ermənistanla müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb
Tarix: 24-10-2023 | Saat: 12:13
Bölmə:Karusel / Region / Dünya | çapa göndər

Fransa və Ermənistan müdafiə nazirləri Sebastian Lekornu və Suren Papikyan

 

Müdafiə naziri Sebastyan Lekornu ölkəsi Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın 3 istiqamətdə olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, nazir bununla bağlı "X" hesabında paylaşım edib.

Ermənistanın özünü müdafiə etmək qabiliyyətinə malik olmasının vacibliyini vurğulayan fransalı nazir ilk istiqamət olaraq Fransanın Ermənistan ordusunun transformasiyasını dəstəklədiyini və bu istiqamətdə Ermənistana yardım etdiyini diqqətə çatdırıb. Lekornunun sözlərinə görə, bu istiqamətdə Fransa bir sıra addımlar atıb. O, bunlardan 2023-cü ildə Fransanın Ermənistandakı səfirliyinin nəzdində hərbi missiyanın yaradılmasını, fransız zabitin Ermənistan Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndərilməsini, qarşılıqlı səfərləri və görüşləri qeyd edib.

“İkinci istiqamət isə təlimlərdir. Zabit və kiçik zabit hazırlığı məktəbləri ilə əməkdaşlıq, xüsusilə dağ döyüşləri və dəqiq atıcılıq sahələrində əməliyyat hazırlığı dəstələri tərəfindən təlimlər...”, - nazir əlavə bildirib.

O, quru-hava müdafiəsinin gücləndirilməsini üçüncü istiqamət kimi qeyd edib. Lekornu bildirib ki, 3 ədəd GM200 radarının alınması üçün müqavilə və hava hücumundan müdafiə ilə bağlı niyyət məktubu imzalanıb: “Mistral” raketinin alınmasına dair niyyət məktubunun imzalanması və Ermənistanın yerüstü hava hücumundan müdafiəsinin qarşıdakı auditi qeyd olunmalıdır”, - nazir deyib.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər