Saytımızı qiymətləndirin


 
 

Erməni deputat mandatından imtina etdi
Tarix: 23-10-2023 | Saat: 17:08
Bölmə:Karusel / Region | çapa göndər

Erməni deputat mandatından imtina etdi

Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasından olan deputatı Armen Çarçyan mandatından imtina etmək qərarına gəlib və artıq müvafiq ərizə verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Armlur” yayıb.

“Tezliklə bəyanat verəcəyəm və bu məsələ ilə bağlı çıxış edəcəyəm”, – Çarçyan bildirib.

Qeyd edək ki, Armen Çarçyan 2021-ci ilin iyununda “Hayastan” (Ermənistan) blokunun seçki siyahısı üzrə deputat seçilib. “İzmirlyan” tibb mərkəzinin keçmiş direktoru, professor Armen Çarçyan rüşvətxorluqda və seçicilərə təzyiqdə ittiham olunduğu üçün həbs olunmuşdu. O, 2021-ci il dekabrın 10-da Konstitusiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər