Fələstin Qəzza zolağında Müqəddəs Porfiri yunan kilsəsinə edilən hücumla bağlı Patriarx Kirilə və Rusiya Xarici İşlər Nazirliyinə məktublar göndərəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.
Səfir həmçinin yunan kilsəsinə hücumu fəlakətli hadisə və Qəzzaya ən güclü hücum adlandırıb.